Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

ABŞ-dan Rusiyaya Suriya ilə bağlı XƏBƏRDARLIQ

06.03.2020 09:30

 Ağ ev Dəməşqin terrorçuların nəzarəti altında olan ərazilərin azad edilməsi üçün kimyəvi silahdan istifadə edə biləcəyinə dair məlumata malik olduğunu bəyan edib.

Об этом сообщает Руспрес

“Bloomberg” nəşrinin yazdığına görə, ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Con Bolton Cenevrədə Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevlə keçirilən görüşündə Bəşər Əsəd hökumətinin ölkədə kimyəvi silah tətbiq edəcəyi təqdirdə Vaşinqtonun növbəti dəfə Suriyaya zərbə endirməyə hazırlaşdığını bildirib.

Bildirilir ki, əgər bu baş verərsə, ABŞ Əsəd hökumətinə “daha güclü hərbi hərəkətlərlə” cavab verəcək. Burada söhbət Birləşmiş Ştatların 2017 və 2018-ci illərdə Suriya obyektlərinə endirdiyi aviazərbələrdən gedir.