Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

ABŞ miqrant uşaqlara ağır dərmanlar verir

06.03.2020 09:30

“Shiloh” adlı nəzarətxanada miqrant uşaqlara parkinson və depressiya yaşayan xəstələrin müalicəsində istifadə olunan reseptsiz psixotrop dərmanların verildiyi üzə çıxıb.

Об этом сообщает Роспрес

Saytımız türk mediasına istinadən xəbər verir ki, bu barədə Amerika Los Anceles Bölgə Məhkəməsinin hakimi Dolly Gee miqrant uşaqlara ailələrinin rizası olmadan psixotrop dərmanların verilməsinin dayandırılması üçün hökm oxuyub.

Mövzuyla bağlı açıqlama verən hökumətin ailə ayrı-seçkiliyinə qarşı çıxan qruplar koalisiyası adından Jess Morales Rocketto “Federal hakim artıq bildiklərimizi təsdiqlədi. Uşaqlar hökumətin nəzarəti altında pis müdaxilələrə, zalım və insanlıqdan kənar ağır şərtlərə məruz qalırlar” deyib.

Qeyd edək ki, “Shiloh” nəzarətxanası Hyuston yaxınlığında yerləşən mərkəzdə uşaqlar Parkinson və desressiya xəstəliyindən əziyyət çəkən insanların müalicəsində istifadə edilən Clonazepam, Divalproex, Benztropine ve Duloxetine kimi həblərdən istifadə etməyə məcbur edilirlər. bu həblər isə onlarda baş gicəllənməsi, uyuşma, acizlik əlamətlərinə yol açır.