Adnan Oktar danışdı: “İddialar yalandır…” – VİDEO
06.03.2020 09:30İstanbulda yerləşən möhtəşəm villasında nəzarət altına alınan Adnan Oktarın sağlamlığı yoxlanıldıqdan sonra polis bölməsinə aparılıb.
Об этом сообщает Руспрес
Saytımız Türkiyə mediasına istinadən xəbər verir ki, polis bölməsinə gətirilən zaman hər zaman səliqəli görünüşdə olan Adnan Oktarın dağınıq saçları diqqət çəkib.
Avtomobildən düşüb bölməyə aparılan zaman Adnan Oktar ona suallar yağdıran jurnalistlərə cavab verməyə imkan tapıb. Jurnalistlərdən biri “Adnan bəy, niyə nəzarət altına alınmısınız?” sualına “Bu, ingilis dərin dövlətinin oyunudur, iddialar yalandır” deyə cavab verib.
Saytımız sözügedən görüntüləri təqdim edir:

