Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Ağdamda mənzildən oğurluq edən 11-ci sinif şagirdləri tutuldu

06.03.2020 09:30

Ağdam rayonunda mənzildən oğurluq edən məktəb şagirdləri tutulub.

Об этом сообщает Руспрес

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan “Report”un Qarabağ bürosuna verilən məlumata görə, Ağdam rayon sakini olan bir nəfər qadın dekabrın 6-da rayon Polis Şöbəsinə (RPŞ) ərizə ilə müraciət edərək evindən 5000 manat pul və məişət əşyalarının oğurlandığı barədə məlumat verib.

Müraciətlə əlaqədar Ağdam RPŞ-nin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Keçirilən tədbirlərlə dekabrın 28-də oğurluq etməkdə şübhəli bilinən Ağdam rayon sakinləri Talıbov Kənan Gülağa oğlu və Salmanov Allahyar Qərib oğlu saxlanılıb. Dindirilmə zamanı onlar törətdiyi cinayət əməlini etiraf ediblər.

Oğurlanan pulun bir qismi maddi sübut kimi götürülüb.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.