Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Alimlərin yeni TƏDQİQATI: Köpəkbalıqları görün nədən QORXUR

06.03.2020 09:30

Avstraliyanın Nyukasl Universiteti alimlərinin apardıqları araşdırma nəticəsində köpəkbalıqlarının maqnitidən çəkindiyi müəyyənləşib.

Об этом сообщает Роспрес

A24.Az xarici KİV-lərə istinadla xəbər verir ki, tədqiqat zamanı alimlər köpəkbalıqlarının içərisinə maqnit yerləşdirilmiş balıq tələlərinə yaxın düşmədiyini və həmin yerdən sürətlə uzaqlaşdığını müşahidə ediblər. Məlum olub ki, köpəkbalıqlarının burunları ətrafındakı dəliklər maqnit sahələrinə qarşı xüsusilə həssasdır.

Nyukasl Universitetinin aparıcı tədqiqatçısı Vinsent Raul bildirib ki, maqnitdən istifadə etməklə köpəkbalıqlarının ovlanmasının qarşısını almaq mümkün olacaq. Eyni zamanda, bu üsul balıqçılar üçün də çox əlverişlidir. Belə ki, onlar bu yolla köpəkbalıqlarını ərazidən daha tez uzaqlaşdıracaq və rahatlıqla balıq tuta biləcəklər.