Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

“AMAY”-ın axtarışda olan rəhbəri sərhəddə saxlanıldı

06.03.2020 09:30

“AMAY”-ın İranda yaradılan şirkətinə rəhbərlik edən və axtarışda olan şəxs Azərbaycanın dövlət sərhədini pozarkən saxlanıl­ıb.
Bu barədə A24.Az-a Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən məlumat verilib.
Bildirilib ki, DSX əməkdaşlarının sayıqlığı və peşəkarlığı nəticəsində Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 179.3.1-ci və 179.3.2-ci maddələri ilə təqsirli bilinən, barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib və axtarışda olan “AMAY” MMC tərəfindən İranda təsis edilən “Azər Caspian İran” şirkətinə məxsus müəs­sisə­lərə rəhbərlik edən 1976-cı il təvəllüdlü Bayramov Nizami İmran oğlu Yardımlı rayonu ərazisində İran İslam Republikasından Azərbaycan Respublikası istiqa­mə­tin­­də dövlət sərhədini pozarkən saxlanıl­ıb.
N.Bayramovun üzərinə baxış keçirilərkən 20 qram tiryək, “Nokia” markalı mobil telefon, 150 ABŞ dolları və 100 manat pul aşkarlanıb.
Saxlanılan şəxsə həmin əməllərinə görə Cinayət Məcəlləsinin 318.1-ci, 206.2-ci və 234.1-ci maddələri üzrə ittiham elan edilib.
 

Об этом сообщает Роспрес