Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Amerikalı astronomlar kosmosda güclü qaz axınına rast gəldi

06.03.2020 09:30

Amerikalı astronomlar kosmosda güclü qaz axınına rast gəliblər.

Об этом сообщает Роспрес

A24.Az-ın məlumatına görə, Texas Universitetinin alimləri bunu Günəş sistemindən 12 milyard işıq ili məsafədə yerləşən SPT2319-55 qalaktikasında müşahidə ediblər.

Tədqiqatçılardan Castin Spilker bu cür axınların qalaktikaların təşəkkül tapması və inkişaf tərzi ilə sıx bağlı hadisə olduğunu bildirib.

Qeyd edək ki, indiyədək bu cür axınlar fəzanın Yer kürəsinə nisbətən yaxın güşələrində müşahidə olunurdu. Sözügedən axın isə 12 milyard işıq ili məsafədə, deməli, 12 milyard il bundan əvvəl, yəni kainatın əmələ gəlməsindən cəmi 1 milyard il sonra baş verdiyindən onun öyrənilməsi fövqəladə elmi əhəmiyyət kəsb edir.