Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Azərbaycan qadınlarını Dubayda satan şəxsə şərti cəza verildi

06.03.2020 09:31

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində insan alverində təqsirləndirilən Amanə Əhmədovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Об этом сообщает Руспрес

A24.Az-ın xəbərinə görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Hökmə əsasən, A.Əhmədovaya şərti cəza verilib.

İttihama görə, A.Əhmədova Səbinə Məmmədovanı (ad, soyadı şərti) Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə aparıb, cinsi istismara məruz qoyub.

Daha sonra Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsində onun barəsində Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə 2009-cu ildə axtarış elan edilib. A.Əhmədova həmçinin İnterpol xətti ilə beynəlxalq axtarışa verilib.

Bu il isə o, hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılıb. A.Əhmədovanın barəsində polis nəzarəti qətimkan tədbiri seçilib. (oxu.az)