Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Azərbaycanda daun sindroumlulardan ibarət futbol komandası yaradılır

06.03.2020 09:31

Azərbaycan Xüsusi İdmançıların İdman Klubları daun sindroumlular üçün futbol məşqləri təşkil edir.
Klubdan verilən məlumata görə, futbol məşqlərinə müəyyən edilmiş yaş qrupları üzrə daun sindromlular cəlb ediləcək.
Klubun təsisçisi Elnur Məmmədli bildirib ki, daun simdromlular arasında futbol məşqlərinin keçirilməsi onlarda futbola qarşı marağı artırmaq, həmçinin onların cəmiyyətdə tədric olunmadıqlarının bir daha hiss etdirməkdir:
“Düşünürük ki, daunlular arasında keçirəcəyimiz futbol məşqlərinə qoşulanlar olacaq. Bu məşqlərin daha maraqlı olacağını düşünürük. Biz bu addımımızla həm onların futbola olan marağını daha da artıcağıq, həm də onların cəmiyyətdən tədric olunmadığını göstərəcəyik”, – deyə E.Məmmədli bildirib.
Klubun təsisçisi bildirib ki, hazırda daun sindroumluların yığılması prosesi gedir. Daha sonra komanda foormalaşdırılacaq. Bu komandanın Türkiyə və Avropada daun sindroumlular arasında keçiriləcək yarışlarda oştirakı nəzərdə tutulub.
 

Об этом сообщает Руспрес