Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Azərbaycanla sərhəddə əməliyyat: qruplaşma lideri öldürüldü

06.03.2020 09:31

Dağıstanda terrorla mübarizə əməliyyatları çərçivəsində hüquq-mühafizə orqanlarına hücumda təqsirli bilinən dəstənin rəhbəri yaxalanıb.

Об этом сообщает Руспрес

Saytımız “axar.az”a istinadən xəbər verir ki, bu barədə Terrorla Mübarizə Milli Komitəsinin mətbuat xidməti informasiya yayıb.

Məlumata görə, Dağıstanın Xasavyurd bölgəsində meşəlik sahədə aşkar edilən dəstə lideri polisin tələbinə məhəl qoymayaraq avtomat silahdan atəş açıb. Təhlükəsizlik orqanlarının açdığı cavab atəş zamanı Abas Xubayev adlı dəstə lideri məhv edilib.

Qeyd edək ki, Abas Xubayev hüquq-mühafizə orqanlarına qarşı bir çox hücumun əsas təşkilatçısı hesab olunur.