Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Azərbaycanlı qadın İsveç parlamentində deputat SEÇİLDİ

06.03.2020 09:31

İsveç Riqsdaqına 4 azərbaycanlı namizədliyini vermişdi

Об этом сообщает Роспрес

İsveç Krallığının Riqsdaqına (parlament) və yerli şəhər şuralarına sentyabrın 9-da keçirilən seçkilərin ilkin nəticələri bəlli olub.

İsveçdəki “Azərbaycan naminə” təşkilatının rəhbəri Nadir Hollenbrand A24.Az-a bildirib ki, Azərbaycan əsilli Aylin Fəzilian Sosial Demokrat partiyasının namizədi olaraq Riqsdaqa deputat seçilib: “Onun bacısı, Mərkəz Partiyanın namizədi Aydan Kərimli isə yaşadığı Västra Götaland əyalət şurasına üzv seçilib. Qeyd edim ki, ilk dəfədir ki, azərbaycanlı qadın Avropa ölkəsində millət vəkili seçilir. Hazırda İsveçdə hələ ki, hakimiyyətdə kimin olacağı bəlli deyil, danışıqlar gedir”.

Qeyd edək ki, İsveç Riqsdaqına 4 azərbaycanlı namizədliyini vermişdi.