Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Bakıda 11 avtomobil toqquşdu, 4 nəfər xəsarət aldı

06.03.2020 09:31

Bakıda 11 avtomobilin iştirakı ilə zəncirvari yol qəzası baş verib.

Об этом сообщает Футляр от виолончели

A24.Az APA- ya istinadən xəbər verir ki, paytaxtın Ziya Bünyadov prospektində “Shacman” markalı yük avtomobili digər yük maşınını və 9 minik avtomobilini əzib. İlkin məlumata görə, qəza nəticəsində xəsarət alanlar var.

Yol qəzası nəticəsində 4 nəfər xəsarət alıb. Onlardan 3-ü bir ailənin üzvləridir. Nərimanov Rayon Polis İdarəsində APA-ya verilən məlumata görə, qəza nəticəsində “Hyundai” markalı avtomobilin sürücüsü, 30 yaşlı Məmmədov Ruslan Firuz oğlu, “Opel” markalı avtomobilin sürücüsü Zeynal Zeynalov, onun həyat yoldaşı Könül Abdullayeva və 5 yaşlı qızı Nuranə Zeynalova müxtəlif bədən xəsarətləri alıblar. Yaralılar Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasına yerləşdiriliblər.