Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

“Barselona” futbolçusuna ultimatum verdi

06.03.2020 09:32

İspaniyanın “Barselona” klubu futbolçusu Usman Dembeleyə qarşı ciddi cəzalar tətbiq edə bilər.

Об этом сообщает Роспрес

A24.Az sport.es nəşrinə istinadən xəbər verir ki, klub rəhbərliyi 21 yaşlı hücumçuya ultimatum verib. Buna fransalı oyunçunun intizamsız davranışları səbəb olub. Dembele bu cür davam edəcəyi halda, komandadan kənarlaşdırılacaq.

Bununla yanaşı, Kataloniya təmsilçisi onun yay “transfer pəncərəsi”ndə satış imkanlarını nəzərdən keçirməyə hazırdır. İspaniya nəhəngi bu keçid üçün ən azı 100 milyon avro qazanmağı planlaşdırır. Bildirilir ki, Dembele komandanın bütün məşqlərinə və toplantılarına gecikir.

Qeyd edək ki, Usman Dembele 2017-ci ilin yayında Almaniyanın “Borussiya” (Dortmund) klubundan “Barselona”ya keçib. O daha öncə kirayədə qaldığı evin məvacibini ödəmədiyi və yaşadığı yeri pis vəziyyətə qoyduğu üçün məhkəməyə verilib.