Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Bu xalq ölkəsinin borcunu ödəmək üçün pul toplayır

06.03.2020 09:32

Malayziya vətəndaşları ölkələrinin xarici borclarını ödəyə bilməsi üçün pul toplayır.

Об этом сообщает Руспрес

Saytımız Türkiyə mediasına istinadən xəbər verir ki, hökumətin yaratdığı “Ümid Fondu”na indiyə qədər 41 milyon dollar yardım toplanıb.

Maliyyə Nazirliyindən verilən yazılı açıqlamada “Ümid Fondu”nun köməyi ilə iki ay ərzində xalqdan yığılan pulun miqdarı 41 milyon dollara çatdığı bildirilib. Lakin ölkənin maliyyə naziri Lim Guan Eng nə qədər pulun toplanacağını hədəfləmədiklərini deyib.

Qeyd edək ki, Malayziya xalqı mayın 30-da fəaliyyətə başlayan fond üçün sadəcə ilk gün 1, 76 milyon dollar pul yardımı etmişdi.

Malayziyanın sabiq baş naziri Necip Rezakın dövründən 252 milyard dollar xarici borc qalıb. Ölkədə qənaətcil davranmaqla bağlı tədbirlərlə yanaşı, nazirlərin maaşları da 10 faiz azaldılıb.