Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Çəmənzəminlinin “ölümünə hökm verən” yazıçını tanıyın: “”Studentlər” adlı alçaq, faşist kitab…”

06.03.2020 09:32

1930-cu illərdə əksər Azərbaycan ədiblərinin ölkənin mədəniyyət mühitində, xüsusən də ədəbi müstəvidə apardığı mübarizə “boğulan meymunun balasını ayağının altına almasına” bənzəyirdi. Repressiya olunacağından qorxan yazıçılar “çulunu sudan quru çıxarmaq” üçün həmkarlarını zərbə altına qoyurdular.

Об этом сообщает Руспрес

Saytımız xəbər verir ki, repressiya təhlükəsilə yoldaşlarını satmaq zorunda qalan yazıçıları bu işə təşviq edənlər, mühiti qızışdıranlar adətən Azərbaycan ədəbi cameəsini diqqətlə izləyən rus və digər əcnəbi yazarlar idi. Bu şəxslərdən biri rus yazıçı, jurnalist, satirik Qriqoriy Rıklindir. Onun 1937-ci ildə “Pravda” qəzetində yazdığı, Azərbaycancaya tərcümə olunaraq “Ədəbiyyat qəzeti”ndə dərc olunan “Düşmənin hiylələri” məqaləsi bir neçə azərbaycanlı yazıçının sürgünə getməsilə nəticələnib.

Belə ki, Rıklin bu məqaləsində “qontrevolysion” (əksinqilabçı) adlandırdığı bir neçə azərbaycanlı yazıçı və şairi kəskin tənqid edir, eyni zamanda yazıçılar ittifaqının sədrini onları gec ifşa etməkdə günahlandırır. Həmin ərəfədə “Ədəbiyyat qəzeti”ndə dərc olunan silsilə “açıq donos”larda ən çox tənqid olunan şəxslər H.Cavid, Ə.Cavad, R.Axundov və Y.V.Çəmənzəminlidir idi.

Sözügedən məqalələr arasında Yusif Vəzir Çəmənzəminlini ən kəskin tənqid edən, birbaşa hədəf göstərən mətn məhz Rıklindən gəlir. Belə ki, yazıçı “Düşmənin hiylələri” məqaləsində düşmənlərin (müsavatçı və milliyətçi şairlərimiz nəzərdə tutulur – red.) heç bir cəza almadığını vurğulayır. O, yazıçılar ittifaqının ilk sədri olan Məmmədkazım Ələkbərlini “Ədəbiyyat qəzeti”ndə Y.V.Çəmənzəminlinin “Studentlər” romanını təbliğ edən məqalənin dərcinə icazə verdiyi üçün kəskin qınayır:

“Bu həmin Ələkbərlidir ki, müsavatçı Əhməd Cavadın “Sədəf” romanı haqqında tərif edici bir məqalə yazmşdı. Ələkbərlinin redaksiyası ilə Jusuf Vəzirin “Studentlər” adlı alçaq, faşist kitabı buraxılmışdı”.

Rıklin Məmmədkazım Ələkbərlinin ardınca ittifaqın sədri təyin olunan Şamil Seyfullayevin gəlişindən sonra da qurumda heç nə dəyişmədiyini deyir. O, yazıçılar ittifaqında iki qruplaşmanın – Səməd Vurğun və Süleyman Rüstəm qütblərinin olduğunu yazır:

“Yazıçılar İttifaqının heyətində bir-birilə çəkişən iki qruplaşma vardır. Bunlardan birin başında ordenli şair Səməd Vurğun durur. Bu Azərbaycan sovet ədəbiyyatı üçün çox işlər görmüş talantlı bir adamdır. Lakin Vurğun Bakı olimpində birinciliyi əldən verməkdən qorxur. Bəzən düşmənlərin tərifini sərt dost tənqidindən üstün tutur. İkinci qruplaşmanın başında duran Süleyman Rüstəm də qultur adamıdır. Lakin son zamanlar yazıçılıqdan geri qalmışdır; az yazır və dayaz yazır. Hər cür çəkişmə onun çox vaxtını alır”.

Məqalə sonə qədər kəskin tənqidlər üzərində qurulub və ədibləri, yazıçılar ittifaqınının üzvlərini bir-birini ifşa etməyə çağırır. Təsadüfi deyil ki, bu tip məqalələrdən sonra Azərbaycanda bir neçə ədib öz həmkarı haqqında açıq tənqidi məqalələr yazdı, onların bu mətnlər səbəbindən sürgün olacağını bilsələr də vicdanları sızlamadı.

Qeyd edək ki, Qriqori Yefimoviç Rıklin 1894-cü il fevralın 14-də Çerniqov quberniyasının (indiki Bryansk vilayəti)  Starodbsk qəzasının Litovsk kəndində  doğulub. 1918-ci ildə
“Kommunist” qəzetində “Ədəbi işçi” vəzifəsində işə başlayıb.

“Krokodil”, “Pravda”, “İzvestiya”, və digər qəzetlərdə çalışıb. Satirik məqalələr, fleytonlar müəllifidir. Sağlığında 20-dən çox kitabı nəşr olunub.

1976-cı ildə  – 81 yaşında Moskvada dünyasını dəyişib.

S. Amin