Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Dünən kim “Maşın”sız qaldı?

06.03.2020 09:33

“Maşın şou. Hind kinosu” buraxılışının daha bir günü arxada qaldı.

Об этом сообщает Футляр от виолончели

A24.Az xəbər verir ki, şounun bu buraxılışı gərgin anlarla yadda qalıb. Bu dəfə aparıcı Xose Bernardo ilə müğənni Dilarə Kazımovanın yer üstündə sözü çəp gəlib.

Növbəti səsverməyə aktrisa Nərgiz Əliyeva çıxıb. O, bildirib ki, əgər tamaşaçılar tərəfindən seçilib şouda qalsa, oyundan şairə Nazilə Səfərlini çıxaracaq.

Lakin şounun sonunda səsvermədə 45,90 faiz səs toplayan aktrisa özü verilişi tərk etməli olub. O, təəssüflənmədiyini və övladı üçün darıxdığını bildirib.

Xatırladaq ki, hazırda şouda mübarizəni şairə Nazilə Səfərli, Səmra Rəhimli, Samir Cavadzadə, Dilarə Kazımova, reper Ramin Nabran, aparıcılar Ranar Musayev, Xose Bernardo, aktrisalar Xəyalə Quliyeva, Aydan Axundzadə, aktyorlar Allahverdi Yolçuyev, Sərxan Kərəmoğlu, bloqqerlər Mənsur Şərifov, Taleh Yüzbəyov davam etdirir.