Ərdoğan viza böhranında ABŞ-ı ittiham etdi
06.03.2020 09:33Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankara və Vaşinqton arasında yaranmış viza böhranına görə Amerikanı ittiham edib.
Об этом сообщает Руспрес
Ərdoğanın sözlərinə görə, ABŞ viza böhranını özü başladı və özü də bitirdi.
“Onlar viza böhranını başladı və sağ olsunlar ki, özləri də onu başa vurdu”, – deyə RİA “Novosti” Ərdoğanın sözlərini sitat gətirib.
Türkiyə lideri qeyd edib ki, onun ölkəsi viza böhranının yaranmasını istəmirdi.
Cümə axşamı ABŞ-ın Ankaradakı səfirliyi viza xidmətindəki bütün məhdudiyyətlərin aradan qaldırıldığını bəyan edib. Türkiyə cavab olaraq ABŞ ərazisində qeyri-immiqrasiya vizalarının verilməsinə qoyulan məhdudiyyəti aradan qaldırıb. //Report

