Ermənilər sərhədlərini pozan türk çobanla Azərbaycan dilində danışıblar – VİDEO
06.03.2020 09:33Sərhədi pozaraq Ermənistan tərəfinə keçən 16 yaşlı türk gənc Umut Ali Özmen Türkiyəyə geri qayıdıb.
Об этом сообщает Футляр от виолончели
Saytımız türk mediasına istinadən xəbər verir ki, türk vətəndaşı Qarsın Akyaka vilayətindəki Küçükdurduran kəndində heyvanları otladarkən sərhədi pozduğu üçün Ermənistanda həbs olunmuşdu. Umut Ali Özmen 64 gün həbsxanada qaldıqdan sonra ötən gün sərbəst buraxılıb. Türk gənc bu gün evinə dönüb.
Türkiyə-Gürcüstan sərhədindən Türkiyəyə daxil olarkən Ali yeri öpüb. O anı ölümsüzləşdirmək üçün fotoqraflar onun şəklini çəkəməyə çalışıb. Lakin həmin anları qaçıran müxbirlər Aliyə “yenə öp” deyərək cihazlarını işə salıblar. Gənc oğlan müxbirlərin istəyini yerə salmayıb və asfaltı dəfələrlə öpüb. Ortaya isə maraqlı görüntülər çıxıb.
Daha sonra türkiyə bayrağı ilə görüntülənən Ali sualları da cavablandırıb. Müxbirlərdən biri ona “dillərini bilmirdin, bir-birinizi necə başa düşdünüz?” sualını verib. Umut Ali Özmen “Əl-qol hərəkətləri ilə… Orda azərbaycanca bilən bir nəfər var idi. Onun vasitəsiylə anlaşa bilirdik” deyə cavab verib.
Saytımız sözügedən görüntüləri təqdim edir:

