Fəhlə körpünün inşası zamanı yıxılaraq öldü
06.03.2020 09:33
Salyan rayonunda ölüm hadisəsi baş verib.
A24.Az “Report”a istinadən bildirir ki, hadisə rayonda aparılan körpü tikintisi zamanı qeydə alınıb.
Şirvan şəhər sakini, 1959-cu il təvəllüdlü Əzizov Sübhan Cari oğlu körpüdən yıxılaraq ağır bədən xəsarətləri alıb. Yaralı Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Xəstəxanada ona ilk tibbi yardım göstərilib. Lakin həkimlərin səyinə baxmayaraq, S.Əzizov xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Об этом сообщает Роспрес

