Göyçayda DƏHŞƏT – Qoşusu tərəfindən zorlandığı deyilən 3 uşaq anası: “ağzımı tutub, yerə yıxdı və …” – VİDEO
06.03.2020 09:33Göyçayda bir neçə ay əvvəl özünü asan Anar adlı gəncin intihar təfərrüatları məlum olub. Anarın intihardan əvvəl təcavüz etdiyi iddia edilən Aygün adlı gəlin baş verənləri danışıb. Qeyd edək ki, Anarın ailəsi oğullarının 3 uşaq anası Aygünə təcavüz etmədiyini, elə bu şər-böhtana tab gətirmədiyi üçün intihar etdiyini bildirmişdi. Aygün isə deyilənlərin gerçək olduğunu söyləyib.
Об этом сообщает Руспрес
Saytımız xəbər verir ki, bu haqda Aygün Space TV-də yayımlanan “Gəl, dərdini danış” verilişinə açıqlama verib:
“Mən o kəndə 11 ildir gəlin köçmüşəm. Bir neçə ay əvvəl Anarın hasardan boylanaraq mənə baxdığını müşahidə etdim. Bu hal bir neçə dəfə təkrarlandıqdan sonra onun yoldaşı ilə danışmağı qərara aldım. Arvadına dedim ki, əri ilə danışsın. Qonşuluqda ayıbdır belə şeylər. Onun anasına da bu barədə məlumat verdim. Bir neçə ay Anar ortalıqda görünmədi. Ötən ilin mayında evdə heç kim yox idi. Mən də həyətdə idim. Birdən Anar qarşıma çıxdı. Mənim əllərimdən möhkəm tutdu. Qışqırmaq istədim, ağzımı bağladı. Sonra məni əkin sahəsinə apardı. Yerə yıxıb dizlərimin üstünə ayaqlarını qoydu. Mənə dedi ki, sənin ailəni dağıdacam. Həyatını məhv edib, sonra özümü öldürəcəm. Deyirdi ki, hər gecə sizin həyətə gəlib sənin ailə söhbətlərinə qulaq asıram. Qısqanclıqdan dayana bilmirəm.”
Qeyd edək ki, həyat yoldaşı Aygünü boşayıb. Qayınatası bildirib ki, gəlini əxlaqsızdır. Buna görə də onu boşayıblar.
Aygün isə heç vaxt əxlaqsız bir əməl etmədiyini, lakin kiçik bir kənddə dolaşan söz-söhbətlərdən sonra ailəsinin dağıldığını söyləyib.
Qeyd edək ki, bir müddət əvvəl sözügedən kanala gələn Anarın anası və qardaşı Anarın intihardan bir gün əvvəl Aygünün qohumları tərəfindən vəhşicəsinə döyüldüyünü bildirmişdi.

