Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Gürcüstanın Mərkəzi Seçki Komissiyasına sədr seçildi

06.03.2020 09:33

Gürcüstanın Mərkəzi Seçki Komissiyasına (MSK) sədr seçkisi keçirilib.

Об этом сообщает Руспрес

A24.az “Report”a istinadən xəbər verir ki, gizli səsvermə yolu ilə MSK-nın hazırkı sədri Tamar Jvania yenidən qurumun növbəti 5 il müddətinə rəhbəri seçilib.

Gürcüstan Prezidenti Salome Zurabişvili MSK sədrliyinə T.Jvaniadan başqa, Mariam Şelegia və Vladimir Bojadzenin namizədliyini də təqdim edib.

T.Jvanianın namizədliyini səsvermədə iştirak edən 9 üzvün 8-i dəstəkləyib. Komissiyada təmsil olunan müxalif Avropalı Gürcüstan və Vahid Milli Hərəkat partiyalarının üzvləri səsvermə prosesində iştirakdan imtina ediblər. T.Jvania da səsvermə hüququndan yararlanmayıb.

Qeyd edək ki, T.Jvania 2013-cü ildən Gürcüstan MSK-ya rəhbərlik edir. Ali seçki qurumu sədrinin ikinci müddətə sədr seçilməsi ilk dəfə baş verib.