Həccə gedən zəvvarlar xüsusi cihazlarla izlənəcək
06.03.2020 09:34Çin hökuməti Məkkəyə həccə gedən zəvvarlara izləmə cihazı taxıb.
Об этом сообщает Роспрес
Saytımız türk KİV-nə istinadən xəbər verir ki,cihazların zəvvarların təhlükəsizliyini təmin etmək üçün taxıldığı deyilsə də, insan hüquqlarının müdafiəçiləri bunu həddi aşmaq kimi dəyərləndirib.
Dövlətin idarəçiliyində olan Çin İslam Təşkilatının yaydığı şəkillərdə Çinin bəzi bölgələrindən Beijing hava limanına gələrək Məkkəyə uçacaq zəvvarların boynunda mavi ipdən asılmış “ağıllı kart”ların olduğu gözə dəyib. Bu cihazlarda GPS izləmə və şəxsi məlumatların yerləşdirildiyi bildirilir. Çin İslam Təşkilatının verdiyi məlumata görə, bu cihazlar istifadəçinin təhlükəsizliyini təmin etmək üçün nəzərdə tutulub.
İnsan hüquqları müdafiəçiləri isə bunu Çinin müasir müşahidə aparatlarından istifadə edərək müsəlmanları təqib etmək üçün göstərdikləri növbəti səylərdən biri kimi xarakterizə edib. “King`s College London”da Çinin insan hüquqları üzrə mütəxəssisi Eva Pils “bu, ibadətlərini yerinə yetirən müsəlmanları cəzalandırmağın yeni yoludur. Ağıllı kartlar daha çox cinayətdə şübhəli bilinən və ya təxirə salınmış həbs cəzasını çəkən şəxslər üçün istifadə edilir” deyib.

