İmişlidə meyiti tapılan meşəbəyi ilə bağlı ŞOK TƏFƏRRÜATLAR
06.03.2020 09:34Oktyabrın 20-də İmişlidə meyiti tapılan meşəbəyinin ölümünün təfərrüatları məlum olub.
Об этом сообщает Руспрес
Kənd sakinlərinin A24.az-a verdiyi məlumata görə, İmişli rayonunun Şahverdilər kəndi ərazisində meyiti tapılan meşə sahəsinin rəisi 1959-cu il təvəllüdlü Aslanov Ağabala Əşrəf oğlunun sağlamlığında heç bir problemi olmayıb. Eyni zamanda, onun meyiti dünyasını dəyişdikdən bir gün sonra tapılıb: “Səhər tezdən işə getmək adı ilə evdən çıxıb. Həm də deyib ki, bir yas mərasiminə gedəcək. Amma axşam olub, hava qaralıb görüblər ki, bu, hələ də evə gəlmədi. Telefonuna bir neçə dəfə zəng ediblər. Əvvəl zəng çatsa da, sonradan telefona zəng də çatmayıb. Həmin günü o, evə gəlməyib. Səhəri gün axşam saatlarında yaxınları kənd ərazisində bunu axtarmağa başlayıblar və Şahverdili kəndinin yaxınlığında meşənin yanında onun avtomobilini görüblər. Yaxınlaşanda görüblər ki, avtomobilin qapıları bağlıdır və içində də heç kim yoxdur. Meşənin içində onun meyitini tapıblar. Deyilənə görə, ürək tutmasından dünyasını dəyişib. Mən eşitməmişəm ki, o, ürəyindəki hər hansı xəstəliklə bağlı şikayəti olsun”.
Qeyd edək ki, İmişli rayonunda əslən rayonun Rəsullu kəndində yaşayan Aslanov Ağabala Əşrəf oğlunun meyiti Şahverdilər kəndi ərazisində meşədə tapılıb. Meşə sahəsinin rəisi işləyən A.Aslanov bir müddət olardı ki, ürək xəstəliyindən əziyyət çəkdiyi bildirilir.

