İntiqam hissi ilə alışan Ruhani sözlərini geri götürdü: “ABŞ-la müharibə istəmirik”
06.03.2020 09:34BMT sammiti üçün ABŞ-a gedən Ruhani verdiyi açıqlamalarla diqqət çəkib.
Об этом сообщает Роспрес
Saytımız türk mediasına istinadən xəbər verir ki, İranda hərbi paradda törədilən terror aktından sonra intiqam alacaqlarını deyən Ruhaninin açıqlamalarında yumşaqlıq hiss olunub.
Ruhani Nyu Yorkda keçirilən mətbuat konfransında “Biz bölgədəki Amerika qüvvələri ilə savaşmağı arzu etmirik” deyib.
İranın may ayında ABŞ-ın irəli sürdüyü birtərəfli nüvə sazişini davam etdirəcəyini qeyd edən Ruhani “Bu müqavilə bizim maraqlarımıza xidmət etdiyi müddət ərzində razılıq içərisində qalmağa davam edəcəyik. Anlaşmanın tərəfində olan digər ölkələr irəliyə doğru çox gözəl addım atdı, ancaq İran bu məsələdə daha çox gözləntilər içərisindədir” deyib.
Daha sonra Ruhani ABŞ-ın Tehrana qarşı tətbiq etdiyi yeni sanksiyaların isə qanuni olmadığını yenidən qeyd edib.

