İranda bu xidmət sahəsində ancaq qadınlar çalışacaq
06.03.2020 09:34İranın paytaxtı Tehranda qız şagirdləri (tələbələr) daşıyan xidmətin sürücülərinin qadın olması qərarı qəbul edilib.
Об этом сообщает Роспрес
A24.Az xarici mediaya istinadən xəbər verir ki, İranlı Tələbələr İnformasiya Agentliyi ISNA-nın məlumatına görə, Tehran Vilayət Məclisinin iclasında “qız şagirdləri daşıyan xidmət sürücülərinin qadın olması” layihəsi təsdiq olunub.
Məktəb, lisey və digər tədris müəssisələrini əhatə edən qərar, 18 nəfərin yer aldığı vilayət məclisi sessiyasında yekdilliklə qəbul olunub.
Paytaxt Tehranda yalnız qadınlara xidmət göstərən taksi dayanacaqlarında 500-dən çox qadın sürücü işləyir.
Orxan Aslanlı / A24.az

