Kabildə partlayış: Ölənlər və yaralananlar var
06.03.2020 09:34Əfqanıstanın paytaxtı Kabildə baş vermiş partlayış zamanı azı 11 nəfər həlak olub.
Об этом сообщает Роспрес
A24.Az “Report”a istinadən xəbər verir ki, bu barədə “France-Presse” ölkənin Səhiyyə Nazirliyinin nümayəndəsinə istinadən xəbər verib.
Xəbərdə bildirilir ki, hadisə zamanı həmçinin 25 nəfər xəsarət alıb. Məlumata görə, kamikadze polis əməkdaşlarının yanında özünü partladıb.
“TOLOnews” isə mənbəyə istinadən partlayış zamanı 15 nəfərin öldüyünü, 20 nəfərin xəsarət aldığını bildirib.

