Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Kitab yarmarkasında ox-kaman vardı… bəs Azərbaycan kitabı? – SƏFƏR XATİRƏLƏRİ, II YAZI

06.03.2020 09:34

İstanbul səfərimin əsas məqsədi 12 noyabrda açılışı olacaq 35-ci İstanbul Kitab Sərgi-Yarmarkasında iştirak etməkdir. Ona görə məlumatsız oxucular üçün Yarmarka haqqında qısa bir məlumat verək.

Об этом сообщает Руспрес

İstanbul Kitab Sərgi-Yarmarkası, TÜYAP ve Türkiyə Nəşriyyatçıları Birliyinin təşkilatçılığı ilə baş tutan beynəlxalq kitab sərgi-yarmarkasıdır. Hər il payız aylarında keçirilən yarmarka ilk dəfə 1982-ci ildə, 28 nəşriyyat-poliqrafiya mərkəzinin iştirakı ilə keçirilib. 2000-ci ildə TÜYAP şəhər kənarına, Bəylikdüzünə köçürürülüb. İstanbul Kitab Sərgi-Yarmarkası 2005-ci ildən bəri beynəlxalq miqyas qazanıb. Son vaxtlar İstanbul Kitab Sərgi-Yarmarkası həm yerli, həm xarici 600-ə yaxın nəşriyyat-poliqrafiya müəssisəsinin və özəl təşkilatların iştirakı ilə reallaşır və İstanbul Sənət Yarmarkası ilə eyni vaxtda təşkil edilir.

2011-ci il etibarən, İstanbul Kitab Sərgi-Yarmarkası ilk dəfə rəsmi olaraq beynəlxalq arenaya istiqamətlənib.

Artıq başa çatmış 35-ci bu Yarmarkaya 800-dən artıq nəşriyyat və qeyri-hökumət təşkilatı qatılıb, 300-dən artıq tədbir baş tutub. Eyni zamanda sərgi-yarmarka bu il qonaqlarının sayına görə rekord qırıb. Ötən illə müqayisədə bu il ziyarətçi sayında 11,3 % artım olub.  Qısacası bu il İstanbul Kitab Sərgi-Yarmarkasını ziyarət edən 621 min nəfərdən biri olmuşam.

Qaldığımız otelin yaxınlığındakı metrobüs dayanacağından Bəylikdüzünə təxminən 40-45 dəqiqəyə çatırıq. Hava o qədər ürəkaçan olmasa da, fuara ciddi axın var. Qismət dəfələrlə gəldiyi üçün hardan və necə gedəcəyimizi daha yaxşı bilir. Giriş ödənişli olsa da, Azərbaycandan gəldiyimizi deyib ödəniş etmədən asanlıqla içəri keçirik. Sərginin təşkilatçılığına söz ola bilməz. Bu barədə danışıb sizi yormaq istəmirəm.

Salonlar izdihamlıdır. Girişin ödənişli olması, TÜYAP-ın şəhər mərkəzindən kənarda olması, Türkiyədə baş verən son olaylar, terror xofu, dolların bahalaşması- bir sözlə heç bir səbəb qonaqların sayına təsir etməyib. Hətta bir gün öncə türkiyəli dostumuz məlumat verdi ki, sərgidə terror xəbərdarlığı artıq mediada yer alıb. Türkiyə oxucusunun sərgiyə gəlişinə heç nə mane ola bilməyib.

İçəri daxil olub Beynəlxalq qonaqların stendləri yerləşən salona keçirik.  35-ci İstanbul Kitab Sərgi-Yarmarkasının fəxri qonağı Almaniyadır.  Kitabçılıq sahəsində almanlar dünyaya meydan oxuyacaq potensiala sahibdir və bunu, onların zövqlü stendlərindən, stendləri bəzəyən saysız-hesabsız və qiymətli kitablardan da asanlıqla anlamaq mümkündür. Sərginin ana xəttini “Türkiyə-Almaniya dialoqu” silsilə tədbirləri təşkil edir. “Sözlərin təsiri” başlığı altında keçirilən tədbirdə 15 alman yazıçısı və sənət adamı, 40 alman-türk birgə tədbiri, 28 müxtəlif alman təşkilatı iştirak edir…

Azərbaycan stendi uzaqdan diqqətimizi cəlb edir. Dəfələrlə tənqid edilməsinə baxmayaraq, Mədəniyyət və Turizm Nazirliyi  yenə də zahiri görünüşə önəm verib. Stendimizin qarşısında milli geyimdə, ox və kamanla dayanan gəncimizin məqsəd və məramını, onu bu stendin qarşısında “silahlandırıb” dayanmağa məcbur edən nümayəndələrimizin niyyətini anlaya bilmədim. Ox-kamanlı gəncimizin yerinə istənilən bir yazıçını bu tədbirə aparmaq, onun imza gününü təşkil etmək olmazdımı? Bər-bəzəkli, kərpic-kərpic Azərbaycan dilində çap olunmuş kitabların yerinə, türk, ingilis dilinə tərcümə olunmuş sadə kitablarla qatılmaq olmazdımı bu beynəlxalq tədbirə? Şəxsən şahidi oldum ki, oxucular stendimizə yaxınlaşıb maraqlansalar da xarici dillərdə demək olar heç nə təqdim edilmirdi. Satış isə yox idi, stendimizdəki hədiyyəlik kitablar isə diqqət çəkmirdi. Bir sözlə, 35-ci İstanbul Kitab Sərgi-Yarmarkasındakı builki iştirakımız tamamən fiasko idi…

Kitablar…İlahi, bu qədər kitabın içində necə xoşbəxt olmayasan? Əvvəlcə gəzib qiymətlərlə maraqlanıram, satıcılarla, naşirlərlə, oxucularla söhbətləşirəm.  Hər zövqədə, hər janrda, hər cür tərtibatda kitab var. Uşaq kitablarının bolluğu daha çox diqqətimi çəkir: kefiyyətli nəşrlər, zövqlü tərtibat və bolluq…Məncə belə genişmiqyaslı sərgi-yarmarkanı təşkil edən ölkənin uşaq kitabına diqqət göstərməsi təəccüblü deyil. Sərgi-yarmarkanın azyaşlı qonaqlarının da sayı kifayət qədər çoxdur. Kitab almağa tələsmirəm, çünki məndən əvvəl iştirak edən qələm dostlarım bunu xüsusilə tövsiyə ediblər, kitab almağa tələsmə! Əvvəlcə gəzib baxmaq, qiymətləri öyrənmək, sonra almaq lazımdır. 2-3 saat dayanmadan gəzirəm, baxıram, ara-sıra bəyəndiklərimi almaqdan özümü saxlaya bilmirəm. Bir də ayılıram ki, artıq çantanı yanımda gəzdirmək çətinləşir. Aldıqlarımı Azərbaycan stendində Fərid Hüseynə təhvil verib, Qismətlə “Everest” Nəşriyyatının ilk roman mükafatının təqdimat mərasiminə qatılırıq.  Bu il mükakafatın sahibi “Kitabı –Siyah Kalem” romanı ilə Gülfem Pamukdur. Tədbiri tənqidçi, ədəbiyyatşünas, naşir və mükafatın jürilərindən biri Semih Gümüş aparır. Detektiv ustalarından Ahmet Ümit, bestellerlərin yazarı Ayşe Kulin ilk romanlarından danışırlar. Maraqlı diskusiyaları dinləyib, yenidən sərgi salonlarına qayıdırıq.

Günün ikinci hissəsində Alman və Türk şairlərinin “Gəldim/ qaldım/ güldüm/ və şeir yazdım” tədbirinə qatılırıq. Alman şairlər Matthias Göritz, Silke Scheuermann və Achim Wagner, türk şairlər Gökçenur Ç., Selahattin Yolgiden, Gonca Özmen, Nilay Özer və Efe Duyan qonaqlar üçün öz şeirlərini oxuyur və şeir tərcümələri haqqında fikirlərini bölüşürlər. Tədbiri dinləyənlərin sayı iki əlin barmaqlarının sayını keçməsə də, şairlər çox maraqlı mətləblərdən danışıb, maraqlı müzakirələr etdilər. Şairlərlə bağlı tədbir başa çatdıqdan sonra yenidən kitab bazarlığına davam edirik.

Günün sonuna doğru ağır çantalarla 35-ci İstanbul Kitab Sərgi-Yarmarkasını tərk edirik. Təəssüratlar, həyəcan və qarışıq fikirlərlə otelə qayıdırıq. Yol boyu aldığımız kitabları müzakirə edib, tədbirin təşkilatçılığından danışırıq. Axşama bizi  Türkiyədə yaşayan və işləyən həkim Amid Mahmudovla və əslən azərbaycanlı hüquqşünas  Selcuk Serhat Coşğunla maraqlı bir görüş gözləyir…

Gecəyə doğru Samatya meyhanələrinin birində Selcuk bəyin qonağıyıq. Meyhanə musiqiləri ovqatımızı yüksəldir, Sərgidəki yorğunluq, öz stendimizə baxıb keçirdiyimiz məyusluq hissi azalır. Məkan sahibi hər tərəfi Atatürkün posterləri ilə bəzəyib. Aksaraydakı ərəb abu-havasıyla müqayisədə, Samatya daha doğma, daha canayaxındır…

Cəlil CAVANŞİR

Ardı var…

Foto Qalereya: