Maduro təlimat verdi – Venesuella qızıllarını Türkiyəyə göndərir
06.03.2020 09:34Venesuellanın Mədənçilik naziri Viktor Cano ölkəsində çıxarılan qızılların Türkiyədə emal ediləcəyini söyləyib.
Об этом сообщает Футляр от виолончели
Saytımız xəbər verir ki, Cano Türkiyə ilə Venesuellanın bu il qızılla bağlı müqavilə imzaladıqlarını bildirsə də, bu barədə ətraflı məlumat verməyib.
Belə ki, nazir Cano mədən şirkətləri ilə kiçik mədən müəssisələrinin Venesuellada çıxardıqları qızılların emal edilməsi və qızıl pula çevrilməsi üçün Türkiyəyə göndərəcəyini açıqlayıb.
Cano “əvvəllər sertifikatlaşdırma İsveçrədə edilirdi, artıq etmirik. Bundan sonra müttəfiq ölkələrdə ediləcək. İsveçrəyə qızıl göndəririk, düşünün, onlar isə sanksiyalara görə qızılınızı tutub saxlayırlar” deyib.
Müqavilənin Venesuellanın Mərkəzi Bankı ilə Türkiyə arasında imzalandığını qeyd edən Cano qanundan kənar halın olmadığını deyib. Qızılın Venesuellada çıxarılaraq sertifikatlaşdırıldığını qeyd edən nazir qızılın həm ixtaracatında, həm də idxalında beynəlxalq qaydalara və daşıma qanunlarına əməl edildiyini deyib.

