Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Molla Atatürkün büstünə hücum etdi: “Peyğəmbərdən Ərdoğana xəbər gəldi…” – VİDEO

06.03.2020 09:35

Türkiyənin Şanlıurfa şəhərində molla Atatürkün heykəlinə hücum edib.

Об этом сообщает Руспрес

A24.Az xəbər verir ki, polis əlində oraqla heykələ zərbə endirən mollaya müqavimət göstərsə də xeyli çətinlik çəkib.

Molla ətrafın yığılan insanlara müxtəlif suallar ünvanlayıb.

“Bütpərəstliyə sahib çıxanlar, Peyğəmbərə sahib çıxanlardır? Peyğəmbər nə etdi? Bütpərəstliyi ortadan qaldırdı, düz deyil? Siz niyə əsgəri və ordunu Atatürkün qarşısında baş  əyməyə gətirdiniz? Peyğəmbərin qurduğu orduya, bütpərəstlikləmi qarşılıq verirsiniz? Əgər bu dövlət bütpərəstdirsə, onun bütpərəstliyi yıxılacaq. Siz müsəlman olduğunuzu iddia edirsinizsə və peyğəmbərə hörmət etdiyinizi deyirsinizsə, peyğəmbərdən  xəbər gəldi ölkə rəhbərliyinə. Amma mediada xəbərlər yayılmadı”- deyə o vurğulayıb.

Polislər heykələ hücum edən şəxsi çətinliklə də olsa, apara biliblər.