Mübarizi təhqir edən psixoloqun erməni ilə YAZIŞMASI
06.03.2020 09:35Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovu qəddarlıqda ittiham edən psixoloq Nərmin Şahmarzadənin erməni ilə yazışması üzə çıxıb.
Об этом сообщает Руспрес
A24.az xəbər verir ki, psixoloqun Narinə Manukyan adlı erməni xanımla səmimi yazışmaları növbəti dəfə ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb. Belə ki, onların bir-biri ilə sevgi ilə cavab verməsi sosial şəbəkə istifadəçilərinin etirazına səbəb olub.
Qeyd edək ki, N.Şahmarzadə Mübariz İbrahimovu “cinayətkar və qatil” adlandırıb. O, eyni zamanda milli qəhrəmanı qəddarlıqda ittiham edib.
“Əslində, qəhrəman dediyimiz şəxs dövlətə siyasi olaraq təhlükə yaratmışdı. Bu yazı kimisə təhqir və ya gözdən salmaq məqsədilə yazılmayıb, sadəcə hər şeyi kor-koranə qəbul etmək asana qaçmaqdır”, – deyə o qeyd edib.

