Netanyahu: Ərdoğanın rəhbərliyi altında Türkiyə qaranlıq diktatorluğa çevrilir
06.03.2020 09:35İsrail Baş Naziri Benyamin Netanyahu Ərdoğanın Yəhudi Dövlət Qanununa qarşı sərt iradlarının ən böyük kompliment kimi dəyərləndirdiyini deyib.
Об этом сообщает Руспрес
A24.Az Sputnik Türkiyəyə istinadən xəbər verir ki, prezident Rəcəb Tayyib Ərdoğanı demokratiya çempionu – deyə qiymətləndirən Netanyahu, Ərdoğanın Yəhudi Dövlət Qanununa qarşı təhdidinin bu qanuna edilmiş ən böyük kompliment olduğunu bildirib. Netanyahu, Ərdoğanın rəhbərliyi altında Türkiyə qaranlıq diktatorluğa çevrilərkən, “İsrail vətəndaşlarının tam hüquqlarını qanundan əvvəl də qanunun sonra da qoruyur” – deyə bildirib. İsrail baş naziri, Ərdoğanın Suriyalıları və Kürdləri qətlə yetirdiyi, öz vətəndaşlarını həbsə atdığı iddiasını da təkrar edib. Qeyd edək ki, Ərdoğan, Yəhudi Dövlət Aktının qəbul edilməsinin, İsrailin ən faşist, ən irqçi dövlət olduğunu sübut etdiyini dilə gətirmiş, Hitlerin ruhu İsrailin bəzi rəhbərləri arasında yenidən xortlamışdır”, – deyə bildirmişdi.
Orxan Aslanlı // A24.Az

