PKK İraqın şimalındakı kəndlilərdən xərac toplayır
06.03.2020 09:35PKK terror təşkilatı İraqın şimalındakı sərhəd rayonlarında heyvandarlıqla məşğul olan kəndlilərdən zorla xərac toplayır.
Об этом сообщает Роспрес
A24.Az Anadolu agentliyinə istinadən xəbər verir ki, Türkiyə və İran ilə dağlıq sərhədlərə malik olan İraqın Ərbil vilayəti xüsusilə yay aylarında heyvanlarını otarmaq istəyənlər üçün bölgədəki kəndlilər üçün əvəzolunmaz bir yerdir.
Ancaq sərhədə yaxın bölgələrdəki yaylaqlara getmək istəyən kəndlilər PKK düşərgələrinin olması səbəbindən böyük çətinlik yaşayır.
Sərhəd üzərində və PKK düşərgələrinə yaxın bir məsafədə olan Ərbilin Sidekan bölgəsindən olan Kurmanc İzzət bildirib ki, PKK terrorçuları vətəndaşlardan məcburi vergi toplayır, xərac cerməyləri isə cəzalandırırlar.
Hökumətin belə vergi almadığı kəndlilərdən PKK-nın yüksək məbləğdə xərac yığdığını, kəndlilərin bu vəziyyətə görə çox əsəbiləşdiyini dilə gətirən İzzət, terrorçuların qısa zaman ərzində ərazidən çıxarılmasıın vacibliyini vurğulayıb. O, xərac almasının kəndlilərə maddi ziyan vurduğunu da eyd edib.

