Premyer Liqanın üç klubu cəzalandırıldı
06.03.2020 09:35AFFA İntizam Komitəsi “Zirə” klubunun futbolçusu Bilal Həmdini bir oyunluq cəzalandırıb.
Об этом сообщает Футляр от виолончели
A24.Az xəbər verir ki, səbəb 27 yaşlı yarımmüdafiəçinin Premyer Liqanın XIII turunda səfərdə “Qəbələ” ilə qolsuz heç-heçə etdikləri matçda ikinci sarı vərəqə alaraq meydandan qovulmasıdır. 61-ci dəqiqədə oyundan kənarlaşdırılan fransalı oyunçuya görə klubu 200 manat məbləğində cərimə olunub.
İntizam Komitəsi “Sumqayıt”, “Qəbələ” və “Keşlə”yə isə 800 manat cərimə kəsib. İlk iki komanda 4, sonuncusu isə 5 futbolçusunun müvafiq olaraq, “Səbail” (1:0), “Zirə” (0:0) və “Qarabağ”la (5:1) görüşlərdə sarı vərəqə almaları səbəbindən ziyana düşüb.
Qeyd edək ki, “Zirə” Premyer Liqada II dövrənin son turunda “Qarabağ”la üz-üzə gələcək.

