Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Sumqayıtda bu marşrutda gediş haqqı aşağı salındı

06.03.2020 09:37

Məlumdur ki, Tarif Şurasının iyul ayının 30-da keçirilən iclasında  ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə yeni tariflər təsdiq edilib. Bu tariflərə əsasən avqust ayının 1-dən etibarən qiymət gediləcək rayona kimi olan məsafəyə görə hesablanır.

Об этом сообщает Футляр от виолончели

Belə ki, şəhərdaxili hərəkət edən bütün marşrut avtobuslarında gediş haqqı 0,30 AZN olaraq müəyyən edilib. Lakin dünən redaksiyamıza gələn çoxsaylı müraciətlərdən bəlli oldu ki, 9 nömrəli marşrut avtobuslarında asılan lövhədə gediş haqqı 0,40 AZN olaraq göstərilib.

Məsələ ilə bağlı Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin rəhbəri Tofiq Saydumov ilə əlaqə saxladıq. T.Saydumov bildirdi ki, problem həll olunub:

“Dünən qiymətlə bağlı anlaşılmazlıq yaranmışdı. Tarif Şurasının qərarına əsasən siyahı cədvəl şəklində formalaşdırılandan sonra məsələ yoluna qoyuldu. Hazırda sözügedən marşrut avtobusunda gediş haqqı 0,30 AZN-dir”.