“Bu kanalları çıxmaqla…”

06.03.2020 09:38

Milli Məclisin bu gün keçirilən iclasında “Televiziya və radio yayımı haqqında” qanunda dəyişikliklər edilməsi barədə müzakirələr aparılıb.

Об этом сообщает Роспрес

Saytımız xəbər verir ki, qanun layihəsi barədə Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov məlumat verib.

O qeyd edib ki, qanun layihəsində edilən dəyişiklikdən sonra yayımçıların məsuliyyəti artacaq. Həmçinin, bu sahəyə nəzarət edən orqanın da səlahiyyətləri artacaq. Bununla yanaşı, qanunda nəzərdə tutulub ki, qanunu pozan yayımçı məsuliyyətə cəlb olunsun:

“Dövlətin ideologiyasına qarşı və ya anti-bəşəri ideaları yaymağa cəhd edilməsi zamanı yayımçını məsuliyyət gözləyir. Milli Televiziya və Radio Şurasının (MTRŞ) səlahiyyətlərinin artırılması olduqca önəmlidir”.

Millət vəkili Elmira Axundova isə diqqəti bir məsələyə yönəltmək istədiyini bildirib: “Milli, mənəvi dəyərlərin qorunması da Televiziya və Radio Şurasının üzərinə düşür. Lakin Milli Televiziya və Radio Şurası öz işinin öhdəsindən gələ bilmir. Ölkə telekanallarında şou xarakterli verilişlər çoxalıb. AZTV, İTV və ANS-i çıxmaq şərti ilə digər televiziyalarda daha çox şit, ucuz, bayağı verilişlər verilir. Cəmiyyət də bundan narazıdır”.

Elmira Axundova onu da deyib ki, telekanallarda sosial reklamlar yoxdur. Deputat bildirib ki, yerli serialların çəkilməsi üçün ayrılan pullar təyinatı üzrə xərclənmir. “Milli ruhda, vətənpərvər ruhda, seriallar, filmlər çəkilmir. Yalnız Vahid Mustafayev bu sahədə işlər görür. O, Xocalı soyqırımı və 20 yanvar faciələri ilə bağlı filmlər çəkib”.

Elmira Axundova söyləyib ki, ölkə kanallarında şadlıq saraylarının reklamları qadağan edilməlidir. Onun sözlərinə görə MTRŞ üzərinə düşən məsuliyyəti layiqincə yerinə yetirməlidir: “Kanallarda şadlıq saraylarının reklamları və şou proqramlar üstünlük təşkil edir. Bizim milli qəhrəmanlarımız haqqında verilişlər olmalıdır. Azərbaycanın keçmişi və xalqımızın başına gələnlərlə bağlı filmlər çəkilməlidir. Ümumiyyətlə şadlıq sarayları ilə bağlı reklamlar ləğv edilməlidir. Bunun əvəzinə isə sosial reklamlar çəkilməli və kanallarda təbliğ edilməlidir”.

Nizami Cəfərov isə MTRŞ haqqında deyilənlərlə razılaşmayıb: “Həm də televiziyalar üçün proqram siyasəti müəyyən etmək Televiziya və Radio Şurasının səlahiyətlərinə aid deyil. Onu demək doğru deyil ki, bu şura heç bir şey etmir. Verilişlər əslində cəmiyyətin səviyyəsindən asılıdır. Tələbat nədirsə, televiziyalar da onu göstərir”.
Deputat Yaqub Mahmudov qeyd edib ki, MTRŞ-nı tənqid etmək doğru deyil. “Televiziya və Radio Şurasında kifayət qədər ziyalılar var və işlər görülür”,- deyə Yaqub Mahmudov bildirib.
Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Новости

Теги