Quşadasında fahişə əməliyyatı – Azərbaycanlı və erməni qadınlar tutuldu

06.03.2020 09:39

Xarici ölkələrdən fahişəlik məqsədi ilə qadın gətirərək Quşadasındakı barlarda istismar edən şəbəkə ələ keçirilib.
A24.az Baku.ws-a istinadən xəbər verir ki, polis əməliyyat keçirərək şübhəli şəxsləri iş başında yaxalayıb. Türkiyədə yerli vaxtla gecə saat 23:00-da 2 bar, 2 ev və 2 nəqliyyat vasitəsinə eyni vaxtda əməliyyat təşkil edilib.
Əməliyyat çərçivəsində 2 Azərbaycan, 3 Ermənistan, 2 Özbəkistan, 3 Qazaxıstan, 2 Ukrayna və 4 Qırğızıstan əsilli olmaqla, ümumilikdə 16 əcnəbi qadın saxlanılıb.
Əməliyyat zamanı həmçinin əcnəbi qadınları istismar edən və yer təmin edən 5 nəfər də tutulub. Saxlanılan şəxslər məhkəmə qərarı ilə həbs olunub.
 

Об этом сообщает Роспрес

Новости