Türkiyənin Azərbaycandan aldığı elektrik enerjisinə ehtiyacı azalıb – VİDEO

06.03.2020 09:39

Türkiyənin enerji sahəsində nəhəng addımlar ataraq qoyduğu sərmayələrdən qazanc əldə etməyə başlayıb. Belə ki, ölkənin elektrik idxalındakı xərcləri 9 ay ərzində 61 faiz azalıb. Bir sözlə, Türkiyənin enerji ilə bağlı başqa ölkələrdən asılılığı azalıb.

Об этом сообщает Роспрес

Ötən ilin yanvar-sentyabr aylarında Yunanıstan, Bolqarıstan, Azərbaycan və Gürcüstandan 3 milyard 244 milyon kvat/saat elektrik alındı. Bu ilin 9 ayında isə Yunanıstan, Bolqarıstan, Azərbaycan, Gürcüstan və Çexiyadan alınan elektrikin miqdarı 62 faiz azalaraq, 1 milyard 210 milyon kvat/saat azalıb.

Ötən ilin 9 ayında idxal olunan elektrik enerjisi üçün 155.8 milyon dollar ödəndiyi halda, bu ilin eyni dövründə bu rəqəm 60.7 milyon dollara qədər düşüb. Beləliklə, 95. 1 milyon dollar Türkiyənin büdcəsində qalıb.

Saytımız Türkiyə mediasında yayımlanan videoxəbəri təqdim edir:

Firuzə Alimova / MTM

 

Новости