Azərbaycanlılar vizasız neçə ölkəyə səfər edə bilərlər? – YENİ REYTİNQ
06.03.2020 09:39“Passport Index” araşdırma portalı sahiblərinin viza olmadan neçə ölkəyə ziyarət edə biləcəkləri əsasında pasport reytinqini dərc edib.
Об этом сообщает Роспрес
A24.Az – ın məlumatına görə, Azərbaycan pasportu 2018-ci ilin noyabr ayı üçün olan reytinqdə 61-ci yeri tutub (71 ölkə).
Pasportun nüfuzu sahibinin vizasız səfər edə biləcəyi (və ya sərhəddə viza ala biləcəyi) ölkələrin sayı ilə qiymətləndirilir.
Reytinqə Birləşmiş Ərəb Əmirlikləri başçılıq edir. BƏƏ vətəndaşları 167 ölkəyə vizasız səyahət edə bilərlər. İkinci və üçüncü yeri Sinqapur və Almaniya bölüşdürüblər (166 ölkə).
Qonşu ölkələrdən Ermənistan 64-cü, Gürcüstan və Türkiyə 40-cı, Rusiya 39-cu, İran isə 88-ci olub.
Reytinqin sonuncu pillələrində Əfqanıstan (29), İraq (32) və Pakistan (35) qərarlaşıb.//Oxu.Az