Belarus prezidenti iki naziri istefaya göndərdi

06.03.2020 09:39

Belarus prezidenti Aleksandr Lukaşenko sənaye naziri Vitaly Vovkanı və memarlıq və inşaat naziri Anatoli Çernovu istefaya göndərib.

Об этом сообщает Роспрес

A24.Az Report-a istinadən xəbər verir ki, Belarus prezidenti bu barədə qərarını Orşan rayonunun kompleks inkişafı üzrə iclasında verib.

A.Lukaşenko həmçinin Dövlət Hərbi Sənayə Komitəsinin sədrinə və Təhlükəsizlik Şurasının dövlət katibinə vəzifələrini layiqincə yerinə yetirmədikləri haqqında xəbərdarlıq edib.

 

Новости