Ronaldu İspaniya Futbol Federasiyasının təklifini rədd etdi

06.03.2020 09:39

Portuqaliya milli komandasının və İtaliyanın “Yuventus” klubunun futbolçusu Kriştianu Ronaldu İspaniya Futbol Federasiyasının dəvətini rədd edib.

Об этом сообщает Роспрес

A24.Az AS nəşrinə istinadən xəbər verir ki, 33 yaşlı hücumçu Madriddə Argentinanın “River Pleyt” və “Boka Xuniors” komandaları arasında Libertadores Kubokunun cavab final oyununu izləmək təklifini geri çevirib. Bu ilin yayında “Real Madrid”i İtaliya “Yuventus”una dəyişən 33 yaşlı forvard belə tez bir zamanda İspaniyaya dönməsinin erkən olduğunu əsas gətirib.

Qarşılaşmanı “Barselona”nın argentinalı futbolçusu Lionel Messinin canlı izləyəcəyi bildirilir.

Qeyd edək ki, “River Pleyt” – “Boka Xuniors” matçı dekabrın 9-da “Real Madrid”in ev oyunlarını keçirdiyi “Santyaqo Bernabeu” stadionunda baş tutacaq. Görüş Bakı vaxtı ilə saat 23:30-da start götürəcək. Bu komandalar arasında ilk matçda 2:2 hesabı qeydə alınıb.

Новости