Məşhur şirkətin qalmaqallı təqvimi
04.03.2020 11:28Başı örtüklü qadınlar təhqir edildi
Об этом сообщает Футляр от виолончели
a24.az saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyənin ən böyük ev toxuculuq məhsulları markalarından və alış-veriş mağazalar zənciri olan “Özdilek” 2015-ci ilin təqvimində başını örtən qadınları təhqir etdi. Təqvimində bir tələbinin çəkdiyi başı örtülü qadınların geriqalmış kimi göstərildiyi şəkildən istifadə edən “Özdilek” firmasına qarşı sosial mediada etirazlar baş qaldırdı.
“Özdilek” firması tərəfindən hazırlanan 2015-ci il təqvimindəki şəkildə başı örtülən qadınlar təhqir olundu. Təqvimdə 4 başörtülü qadının dəmir barmaqlıqlar arxasında təsvir edilməsi sosial mediada böyük səs-küyə səbəb oldu. Bir çox istifadəçi “Özdilek” firmasının, inanclarına uyğun olaraq başı örtülü qadınlara qarşı nifrət nümayiş etdirməklə günah etdiklərini bildirdi.
Təqvimdəki şəklin Eskişehirdə bir tələbə tərəfindən çəkildiyi məlum oldu.
“Müştəri varsa, biz də varıq!” prinsipinə əsasən hərəkət etdiyini deyən “Özdilek” firmasının qalmaqallı təqvimlə bağlı hər hansı açıqlama verməməsi də diqqəti cəlb etdi.