Ermənilər Azərbaycan torpağında belə dincəlir – VİDEO
05.03.2020 10:40Erməni gənclər İnstagramda Kəlbəcərin İstisu sanatoriyasından video paylaşıblar.
Об этом сообщает Футляр от виолончели
A24.Az missiya.az-a istinadən xəbər verir ki, payaşılan videoda gənclərin istirahət etdiyi görünür.
Görüntülər bir neçə gün əvvəl çəkilib. Videonun üzərində açıq havada temperaturun -10 dərəcə, müalicəvi su hesab edilən təbii bulaqda +62 dərəcə istiliyin olduğu qeyd edilib. İsti suyun töküldüyü çayda isə temperaturun +3 dərəcə olduğu bildirilir. Müalicəvi bulağın ətarfı qarla örtülüb.
Kəlbəcər İstisu mineral ehtiyatı və “İstisu” sanatoriyası ilə dünyada tanınıb. İstisu sanatoriyası Kəlbəcərin qərb hissəsində – silsilə dağ yamaclarındadır. İstisu mineral bulaqları 1138-ci ildə güclü zəlzələ zamanı yerin qabarması, çatlaması nəticəsində əmələ gəlib. Öz kimyəvi tərkibi və fiziki xüsusiyyətlərinə görə, bu sular dünyada məşhur olan Karlovı-Varı bulaqlarının (Çexiya) eynidir və bir çox digər xüsusiyyətlərinə görə dünyada yeganədir.
A24.Az həmin videonu oxuculara təqdim edir:

