Ermənilərə beynəlxalq dəstək davam edir! Amerikalı rejissor qondarma “erməni soyqırımı”ndan bəhs edən film çəkdi
05.03.2020 10:41Terri Corcun rejissoru olduğu “Vəd” filmi artıq nümayişə başlanılıb.
Об этом сообщает Футляр от виолончели
A24.Az xəbər verir ki, film qondarma “erməni soyqırımı”ndan bəhs edir. Filmdə qeyd edilib ki, guya 1914-15-ci illərdə Türkiyə ərazisində yaşayan ermənilər Osmanlı imperiyasının təcavüzünün qurbanı olublar. Guya yarım milyon erməni öldürülüb, onlara qarşı soyqırım həyata keçirilib. Film haqqında məlumat verilərkən qeyd edilib ki, indiyədək qondarma “erməni soyqırımı”nı 31 ölkə tanıyıb, ABŞ isə hələ də rəsmən dövlət səviyyəsində bunu qəbul etməyib. “Vəd” filmi də elə ABŞ-da çəkilib.
Baş rollarda Oskar Ayzek Mikael, Şarlotte de Bon Anna rolunda, amerikalı jurnalist rolunda isə Kristian Bel çəkilib. Filmin əsas süjet xəttində məhəbbət üçbucağı təsvir edilib. Filmdə Osmanlıların erməniləri necə öldürməsi, onları deportasiya etməsi, uşaqlara, qadınlara qarşı qəddarlıq səhnəsində osmanlıların – türklərin qəddarlığı xüsusilə, bilərəkdən qabardılıb.
“Vəd” filmində tarix saxtalaşdırılıb. Üstəlik treyler başlananda sujetin real hadisələrə əsaslanaraq çəkildiyi qeyd edilib.
Aprelin 27-dən başlayaraq film viziona girib.
Xatırladaq ki, ermənilər qondarma “erməni soyırımı”na dair dəflərlə film çəkiblər.

