Ermənilərin qorxulu yuxusu, aprel savaşının memarı general Zakir Həsənov üçün özəl gün
05.03.2020 10:41Bu gün Azərbaycan Respublikası Müdafiə naziri general-polkovnik Zakir Həsənovun doğum günüdür.
Об этом сообщает Роспрес
Zakir Həsənov 6 iyun 1959-cu ildə Astara rayonunda anadan olmuşdur. 1980-ci ildə Bakı Ali Ümumqoşun Komandirləri Məktəbini bitirib, həmin ildən 1985-ci ilədək Almaniyada yerləşən Sovet Ordusu sıralarında xidmət edib.
1985-ci ildən 1993-cü ilədək SSRİ Müdafiə Nazirliyinin Sibir Hərbi Dairəsinin Altay Hərbi Komissarlığında çalışıb. 1993-2003-cü illərdə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Sərhəd Qoşunları Baş İdarəsində xidmət edib, daha sonra Dövlət Sərhəd Xidmətinin Beynəlxalq Əlaqələr İdarəsinin rəisi vəzifəsinə təyin olunub.
2003-2013-cü illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirinin müavini-Daxili Qoşunların Komandanı vəzifəsində çalışıb. Azərbaycan Respublikası Prezidentinin 17 may 2003-cü il tarixli 869 nömrəli Fərmanı ilə isə general-mayor, 6 may 2005-ci il tarixli 802 nömrəli Sərəncamı ilə general-leytenant ali xüsusi rütbəsi verilib.
22 oktyabr 2013-cü ildə Azərbaycan Respublikasının Müdafiə naziri təyin edilib və general-polkovnik rütbəsi verilib.
Ö, nazir təyin edildiyi gündən etibarən, cəbhədə düşmən daha çox çətin duruma düşüb. Aprel ayında baş verən qısamüddətli savaşdan ordumuzun üzüağ çıxması da Həsənovun nazir olduğu dövrün şanlı hadisələrindəndir.

