Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Ermənistan cəmi 3 ay xidmət keçən əsgərləri döyüşə göndərir

05.03.2020 10:41

İşğalçı Ermənistan Respublikası təmas xəttinə 3 ay xidmət edən əsgərləri göndərir.

Об этом сообщает Роспрес

Bunu “A24.Az”a açıqlamasında hərbi siyasi icmalçı Nəriman Qarayev işğalçı Ermənistan ordusunda geniş xaos yarandığını və bu kimi halları hərbiçilərin ailələrindən gizlətmələri məsələsini şərh edərkən deyib. Ekspertin sözlərinə görə, aparılmış araşdırmalar nəticəsində məlum olub ki, 2016-cı ilin aprel ayında ordumuzun erməni hərbi birləşmələri tərəfindən işğal edilmiş Qarabağın Ağdərə istiqamətində 4 günlük əməliyyatı zamanı ağır yaralanmış erməni “əsgəri” Roland Kaçik oğlu Sahakyan 3 ayın əsgəri imiş:

“İşğalçı Ermənistan ordusunun nizamnaməsinə görə, orduda xidmətə başlamış əsgər yalnız 6 ay tamamlandığı halda ön xəttə döyüş növbətçiliyinə başlaya bilər. Sahakyanın və bunun kimi gənc “əsgərlərin” vaxtından əvvəl ön xəttə döyüş növbətçiliyinə cəlb edilməsi halı işğalçı orduda geniş vüsət alıb”. “İllərdir Ermənistandakı “əsgər anaları” tipli təşkilatların təqdim etdikləri faktları gözardı edən Ermənistan MN bu faktı ört basdır edilməsi üçün əsgərin Rusiya Federasiyasında müalicə olunması məqsədilə Ermənistan hökümətinin rezerv fondundan 5 milyon 142 min dram (10668 USD) vəsait ayırıb”, – deyə N.Qarayev əlavə edib. İcmalçı erməni mətbuatında yayılan xəbərlərə istinadən məlumat verir ki, “əsgərin” atası Kaçik Sahakyan qeyd edir ki, “1 ildən artıqdır ki, oğlum hospitalda yatır, hökümət bizi bezdirmək yolunu tapıb. İstəyir ki, oğlumu özümüz məcbur qalıb buradan çıxaraq və öz hesabımıza müalicə elətdirək:

“Lakin bu belə olmayacaq, oğlum düşmən mərmisindən yaralanıb və məhz buna görə də müalicəsini dövlət qarşılamalıdır. Ayrıca 3 aylıq “əsgəri” döyüş bölgəsinə döyüş növbətçiliyinə göndərmək ağlasığmaz məsuliyyətsiz hərəkətdir. Bu məsələ ilə bağlı dəfələrlə müraciət etmişəm hələ ki, konkret cavab almamışam və buna görə hələ heç kim cəzalandırılmayıb. Bu məsələ də belə qalmayacaq”.

Ekspert sonda erməni mətbuatında verilən xəbərlərə istinadən qeyd edir ki, 2016-cı ilin aprel ayında ordumuz işğalçı Ermənistanın hücumunun qarşısını alarkən yaralanmış separatçı erməni “hərbçiləri”nə göstərilən “qayğı” Ermənistanda ciddi narazıçılıqlara səbəb olub: “Yaralı yaxınlarının dəfələrlə Ermənistan rəhbərliyinə müraciət etmələrinə baxmayaraq hər hansı irəliləyiş olmayıb. 142 nəfər yaralı xarici ölkədə müalicə üçün göndərilməlidir. Bir ildən artıqdır ki, 142 nəfərdən heç kim müalicə üçün xarci ölkəyə göndərilməyib. Rəsmi sənədlərdə qeyd olunur ki, tək Armavir vilayətinin Ayqeşat məntəqəsində 2016-cı ilin 29 aprel tarixində Sarkisyan ailəsi də daxil olmaqla 11 ailəyə cəmi 600 min dram (1234 USD) yardım ayrıldığı halda bu günə qədər heç kim yardımı ala bilməyib, – deyə hərbi siyasi icmalçı qeyd edib.

1 / 4

Orxan Aslanlı