Ermənistan Çinin ayırdığı 1,5 milyonla hansı silahları alacaq? – Açıqlandı
05.03.2020 10:41Ermənistanın müdaifə naziri Vigen Sarksiyan Çinin ayırdığı 1.5 milyon dollarla (10 milyon yuan) hansı silah və texnikanı alacaqlarını açıqlayıb.
Об этом сообщает Роспрес
A24.Az rusiya mətbuatına istinadən xəbər verir ki, Ermənistanın müdafiə naziri Vigen Sarkisyan televizyaya müsahibəsi zamanı bildirib ki, Çin Ermənistanın müdafiə sahəsinə 10 milyon yuan məbləğində (1,5 milyon dollar çox) yardım ayırıb:
“Bu vəsaitdən silah texnika alınmasında istifadə olunacaq. Müşahidə cihazları, rabitə vasitələri, çoxsaylı köməkçi qurğulara qədər hərb işinin təşkili üçün lazım olan vasitələr alınacaq”, – deyə V.Sarkisyan əlavə edib.
Orxan Aslanlı / A24.az

