Ermənistan Çinlə yaxınlaşır – Bu Rusiyanı şantaj etməkdir
05.03.2020 10:41Ermənistanın Çinlə hərbi əməkdaşlığa başlamasını ekspertlər Rusiyaya qarşı şantaj hesab edirlər.
Об этом сообщает Руспрес
Saytımız xəbər verir ki, bu haqda məlumat Ermənistanın lragir.am saytında dərc olunub. Məlumatda bildirilir ki, ruslar vaxtaşırı 200 milyonluq krediti xatırladırlar. Ermənistanın mütəffiqi sayılan Rusiyanı isə ermənilər silah sursatın vaxtında gətirilmədiyinə görə qınayırlar.
Qeyd olunub ki, Rusiya ilə Ermənistan arasında silah sursat satılması ilə bağlı kredit müqaviləsi 2015-ci ildə imzalansa da, aprel müharibəsi zamanı Ermənistana göndərilməyib. Aprel müharibəsində ruslar ən yeni silahlarını Azərbaycana satmışdılar. Ekspertlərin sözlərinə görə, gələcəkdə Ermənistan-Çin hərbi-texniki əməkdaşlığı olacağını indidən demək çətindir.
Bildirilir ki, Rusiyanın Azərbaycanla hərbi əməkdaşlığı davam edəcək, daha güclü silahlar satılacaq. Ermənistana da silah satırlar ancaq “gecikmə” şərti ilə həyata keçirilir. Moskva Ermənistanın atdığı hər bir addımı şantaj hesab edir.
Orxan Aslanlı

