Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Ermənistan danışıqlardan imtina etdi – Azərbaycan nəyi gözləyir?

05.03.2020 10:41

“Ermənistan bizdən fərqli olaraq, hec bir faydası olmayan beynəlxalq danışıqlardan imtina etdi. Çünki status-kvo Qarabağda iqtisadi inkişaf və layihələrə zərər gətirirdi. Onlar da anlayırlar ki, 25 il heç bir iqtisadi irəlləməsi olmayan böyük bir ərazini saxlamaq, iqtisadi baxımdan tənəzzüldür”.

Об этом сообщает Футляр от виолончели

A24.Az xəbər verir ki, bunu hərbi ekspert Abuzər Əbilov deyib. O, bildirib ki, Ermənistanda hökümətə və orduya inamsızlıq getdikcə artır:

“Aprel və sonrakı savaşlar fonunda da bu ərazidə yaşayan əhali və Ermənistanın özündə də hökumətə və orduya inamsızlıq var. Belə bir şəraitdə cəbhədə irimiqyaslı və yaxud revanş zəminli lokal əməliyyatların olacağı şəksizdir. Bunu siyasi vəziyyət də təsdiq edir. Çox acınacaqlı haldır ki,biz hələ də “üçbacı” Minsk qrupu həmsədrləri ilə rayon-rayon düşüb hansısa həqiqəti axtarırıq. Minsk qrupunun fəailiyyətindən tək xalq yox, rayon icra başcıları da cəzanədir. İşləri boş-boş, heç özlərinin də bilmədikləri prinsipləri çərənləmək olan bu “trio”, havayı restoran “darmovşiklərindən” başqa heç bir şey deyillər.
Cəbhədəki nisbi sakitlik isə daha təhlükəlidir. Hamı susur. Belə bir zamanda daha aktiv və daha hazırlıqlı olmaq vacibdir. Çünki sürpriz özünü çox gözlətməyəcək. Müdafiə Nazirliyinin mətbuat xidməti isə yenə də susur və səngərlərdə müharibə yoxmuş kimi sakit həyat keçirməkdədir”.

Ekspert gənclərdə yüksək vətənpərlik ruhunun olduğunu bildirib və onları hər zaman döyüşə hazır olmağa çağırıb:

“Buna baxmayaraq, ölkənin vətənpərvər gəncliyi ayaqdadır. Lakin “mütləq könüllü gedəcəm” deyən insanlar, üzdən bəsit görünən bir aspekti yaddan çıxarırlar. Sabah könüllülük əsasında dəvət olunarsınızsa, fiziki durumunuz sizə imkan verəcəkdirmi ki ağır zirehli jiletlə kilometrlərlə addımlayasınız? Buna görə də turnikə qayıdın.
Bu müharibə mütləq başlayacaq. Öz fiziki hazırlığınızın qeydinə qalın. Heç olmasa, şəxsi ev və həyət məkanında”.