Ermənistan əhəmiyyətli görüşə hazırlaşır: Sarkisyan Trampla…
05.03.2020 10:41Ermənistanın Vaşinqtondakı səfiri Qriqor Hovhannisyan erməni və amerikalı diplomatlar iki ölkənin prezidentləri Serj Sarkisyan və Donald Trampın görüşlərini müzakirə edəcəklərini açıqlayıblar.
Об этом сообщает Руспрес
Saytımızın erməni mediasından əldə etdiyi məlumata görə, Hovhannisyan iki prezidentin görüşmə tarixinin xarici işlər nazirlərinin görüşməsindən sonra bəlli olacağını bildirib.
Ermənistanda bəzi proseslərin yaşandığına diqqət çəkən səfir “Ermənistan prezidentlik sistemindən parlament sisteminə keçir. ABŞ-dakı həmkarlarımızın ölkənin idarəçilərini bu haqda yüksək səviyyədə məlumatlandırması lazımdır” deyə qeyd edib.
Xüsusilə də Ermənistan və ABŞ xarici işlər nazirlərinin görüşlərini təşkil etməyin vacibliyini dilə gətirən Hovhannisyan daha sonra bunları qeyd edib: “Gündəmi hazırlayacağıq. Hər-halda ondan sonra da prezidentlər səviyyəsində görüş təşkil olunacaq. Əlbəttə, mən bunu çox istəyirəm, ancaq hər şey xarici işlər nazirlərinin qarşılıqlı anlaşmasından asılıdır”.
Firuzə Alimova / MTM

