Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Ermənistan ordusunun zabiti avtomat silahla intihar edib

05.03.2020 10:42

Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusunun meyiti tapılıb.

Об этом сообщает Футляр от виолончели

Saytımızın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, 1991-ci il təvəllüdlü Andranik Mkrtçyanın meyiti avqustun 20-də xidmət etdiyi hərbi hissənin ərazisində aşkarlanıb.

Öncə onun nizamnamədənkənar münasibətlər nəticəsində öldürüldüyü bildirilsə də, sonradan A.Mkrtçyanın istifadəsində olan avtomat silahı çənəsinə söykəyərək atəş açmaqla intihar etdiyi məlum olub.

Hadisə ilə bağlı cinayət işi başlanıb, araşdırılma aparılır.

Ermənistan Müdafiə Nazirliyi 26 yaşlı A. Mkrtçyanın zabit olduğunu açıqlayıb.

Məlumata görə, A. Mkrtçyan əvvəl Yerevan yaxınlığındakı hərbi hissələrdən birində xidmət edib. Oğurluq etdiyinə görə xidmət yeri Mehri şəhərində yerləşən hərbi hissəyə dəyişdirilib.